"NEFT MÜHARİBƏSİ" belə başlayıb: Səudiyyə şahzadəsi Putini təhdid etdi, üstünə qışqırdı
Bizi izləyin

Digər

"NEFT MÜHARİBƏSİ" belə başlayıb: Səudiyyə şahzadəsi Putini təhdid etdi, üstünə qışqırdı

Ötən ay baş tutan OPEK sammiti öncəsi Rusiya Prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salman arasında sərt tonda telefon danışığı baş tutub.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, belə bir iddia ilə “Middle East Eye” nəşri məlumat yayıb.

Belə ki, neft bazarında mövcud qeyri-müəyyən vəziyyətlə bağlı danışıq zamanı şahzadə Putinə ultimatum verərək, “Əgər razılaşma olmasa, qiymət savaşı başladacağıq” deyib.

Öz növbəsində Putin də Salmana sərt cavab verib.

İddia edilir ki, hətta rəsmilər bir-birinin üzərinə qışqıraraq ağır tonda danışıblar.

Qeyd edək ki, məhz ötən ay razılaşma əldə edilmədiyi və hasilat azaldılmadığı üçün neft savaşı başlamış və qiymətlər daha da ucuzlaşmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm