Şok məlumat AÇIQLANDI: Koronavirusun daha 6 əlaməti...
Bizi izləyin

Digər

Şok məlumat AÇIQLANDI: Koronavirusun daha 6 əlaməti...

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzi İdarəsinin saytında yerləşdirilmiş məlumatlara koronavirusun daha bir neçə əlaməti əlavə edilib.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, koronavirusun daha 6 əlaməti üzə çıxıb. İndi simptomların siyahısına hərarət, qızdırma ilə müşahidə edilən titrəmə, əzələ ağrısı, boğaz ağrısı və dad və ya iybilmə hissinin itməsi əlavə edilib.

Koronavirusa yoluxmuş xəstələr bu simptomlar haqqında tez-tez danışırlar.

Daha əvvəl ABŞ-ın sanitar nəzarət qurumu koronavirusun yalnız üç ümumi simptomunu təsvir edib. Bunlar yüksək temperatur, öskürək və nəfəsalmada çətinlikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm