Səudiyyə Ərəbistanında edam hökmü ləğv edildi
Bizi izləyin

Digər

Səudiyyə Ərəbistanında edam hökmü ləğv edildi

Səudiyyə Ərəbistanında uşaq yaşlarında törədilən cinayətlər üçün tətbiq edilən edam hökmü ləğv edilib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin İnsan Hüquqları Komissiyası sosial media hesabından məlumat yayıb.

Komissiyanın sədri Avvad ibn Saleh əl-Avvad açıqlamada bu ifadələrə yer verib: “Krallığın bəyannaməsi əsasında yetkinlik yaşına çatmayan şəxslər törətdiyi cinayət qarşılığında ölüm cəzasına məhkum edilməyəcək. Bunun əvəzində 10 ilə qədər həbs cəzası nəzərdə tutulub”.

Qeyd edək ki, bundan əvvəl Səudiyyə Ərəbistanında törədilən bəzi cinayətlər üçün nəzərdə tutulan qamçılama cəzası həbs cəzası ilə əvəz olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm