Digər
Epidemiyalar niyə Çində başlayır? – Gerçək SƏBƏBLƏR - VİDEO
Video əlavə olunub.
xxx
Koronavirus pandemiyası dünyanı əsarəti altına alandan sonra gündəmə gələn suallardan biri də niyə ölümcül virusların Çində peyda olması haqdadır. SARS, quş qripi, indi də COVİD-19.
Publika.az xəbər verir ki, İsveçrənin “Zürcher Zeitung” nəşri bu sualı araşdırıb.
Nəşr yazır ki, bunun başlıca səbəbi təbiidir: “Çində əhali çoxdur və insanlar sıx halda yaşayır. Bununla yanaşı. Çinin böyük hissəsi dağlıq və təpəlikdir. Kənd təsərrüfatı üçün yararlı torpaq azdır, buna görə də əhalinin qida rasionunu müxtəlif heyvanlar təşkil edir. Bunların əsas hisəsini toyuqlar və digər quşlar təşkil edir. Burada maraqlı səbəblərdən biri Çində toyuqların saxlanılma şəraitidir. Toyuqları əsasən sənaye təsərrüfatlarında böyüdürlər, yəni bağlı yerlərdə, eləcə də ördəkləri kütləvi şəkildə yetişdirirlər. Halbuki, bu quşların təbiətdə böyüməsi, açıq havada olması lazımdır. Qapalı yerdə qalan quşlar potensial virus daşıyıcıları və ötürücüləridir”.
Nəşr qeyd edir ki, virusun heyvandan insana ötürülməsinin iki yolu var: “Birincisi, istehsalda, yəni fermalarda, yaxud kənd təsərrüfatı müəssisələrində insanlara keçir, ikincisi, bazarlarda. Çində adətən quşları və heyvanları bazarlarda canlı olaraq satırlar. Burada əsas səbəblərdən biri Çin xalqının xüsusiyyətidir. Çinlilər alacaqları heyvanı canlı görmək istəyir, əmin olmaq istəyir ki, heyvan daha əvvəl hansısa xəstəlikdən ölməyib. Bununla yanaşı, vəhşi heyvanların da satışı təşkil olunur. Araşdırmalar göstərir ki, epidemiyaların Çində başlamasının əsas səbəbi yerli kulinariyadır”, - məqalədə bildirilir.
Asif,
Video: Sevinc Xanqızı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?