Digər
Çinə BÖYÜK ŞOK: ölkələrin sayı 100-ə çatdı
Koronavirus pandemiyasını dünyaya yaymaqda ittiham olunan Çinə qarşı istintaqın açılmasını istəyən ölkələrin sayı 100-ə çatıb.
Publika.az xəbər verir ki, son olaraq ölkələr siyahısına Rusiya qatılıb.
Avropa İttifaqı tərəfindən hazırlanan qətnamənin Ümumdünya Səhiyyə Təşkilatının ən ali səlahiyyətli orqanı olan Ümumdünya Səhiyyə Qurumunun bu gün İsveçrənin Cenevrə şəhərində təşkil edilən illik konfransında təqdim edilməsi gözlənilir. CNN telekanalı bu mövzunu gündəmə gətirən ilk ölkə olan Avstraliyanın çağırışı əsas götürülərək hazırlanan qətnaməyə Pekinin ənənəvi müttəfiqi Rusiyanın dəstək verməsinin kritik əhəmiyyəti olduğunu vurğulayıb.
Bu istintaqda pandemiyanın haradan qaynaqlandığı, Çinin xüsusilə ilk günlərdə pandemiya ilə bağlı bilgilərin nə qədərini gizlətdiyi və ya paylaşdığı kimi mövzulara işıq tutulacağı gözlənilir.
Qeyd edək ki, Çin pandemiya mövzusunda dünyaya xəbərdarlıq etməyə çalışan elm adamlarını susdurmaqda, pandemiyanı olduğundan daha əhəmiyyətsiz göstərməkdə ittiham edilir. Lakin Çin bu iddiaları təkzib edir.
Çin hökuməti belə bir istintaqa yalnız Ümumdünya Səhiyyə Təşkilatının nəzdində həyata keçirilməsi şərtilə dəstək verəcəyini açıqlayıb.
Zümrüd
-
MDB12:06
Rusiya buna məcbur oldu: Döyüş əməliyyatları dayandırılır
-
Dünya11:12
CHP-də Ebru Gündeş krizi: 69 milyonluq konsert partiyanı bir-birinə vurdu - VİDEO
-
MDB10:06
Şəhərlər qəbiristanlığa çevrilib: Ukraynaya göydən BAXIŞ - ŞOK VİDEO
-
İdman10:00
Tahir Süleymanov AFFA-nı biabır etdi: Azərbaycan futbolunun düşmənləri...
-
Avropa09:54
Avropada Rusiyaya görə kritik vəziyyət: təhlükəsizlik təşkilatı yaradırlar
-
Hadisə09:42
Azərbaycanlı general həbs edildi - VİDEO
-
Sağlamlıq08:24
Bu qidalar beyni tez yaşlandırır - XƏBƏRDARLIQ
-
Sağlamlıq08:00
Yaşıl çay ekstraktı arıqlamağınıza kömək edir?