Əsgərlərə silahlı hücumlar: 6 ölü, 7 yaralı
Bizi izləyin

Digər

Əsgərlərə silahlı hücumlar: 6 ölü, 7 yaralı

Pakistanda iki müxtəlif yerdə ordu əməkdaşlarına hücum təşkil olunub.

Publika.az xəbər verir ki, nəticədə 6 hərbçi həlak olub, 7-si yaralanıb.

Ordudan verilən açıqlamaya görə, hücumlardan biri Bəlucistan əyalətinin Maç şəhəri yaxınlığındakı Pir Qərib bölgəsində patrul xidmətini həyata keçirən sərhəd mühafizəçilərinin avtomobilinin partladılması olub. Nəticədə 5 əsgər dünyasını dəyişib.

İkinci hücum isə Bəlucistanın Mand bölgəsində qeydə alınıb. Burada terrorçular əsgərlərə atəş açıb. İnsident zamanı 1 əsgər ölüb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm