• USD 1,7000 0,00% EUR 1,9289 0,00%
    • GBP 2,1442 0,00% RUB 0,0246 0,00%

Yaponiya kosmosda ordu qurdu - ABŞ-la birgə...

Yaponiya kosmosda ordu qurdu - ABŞ-la birgə...

Yaponiya kosmosdakı peyklərini qorumaq məqsədilə Hava Hücumundan Müdafiə Qüvvələrinə (ASDF) bağlı ilk kosmik əməliyyat bölməsi qurub.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Yerli mətbuatın xəbərinə görə, Tokioda nazirlik binasında bölmənin xidmətə başlaması münasibətilə mərasim keçirilib. Paytaxtdakı “Fuçuu” Hava Hücumundan Müdafiə Qüvvələri bazasında yerləşdiriləcək kosmik donanma Yaponiyanın peyklərini şübhəli peyk və kosmik tullantılardan qoruyacaq.

Donanma 2023-cü ildə tam potensialla fəaliyyətə keçəcək. Kosmik müşahidə sisteminin qurulması üçün Yaponiya Kosmik Kəşfiyyat Agentliyi və ABŞ ordusu ilə əməkdaşlıq ediləcək.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR