Ordu gecə saatlarında HƏRƏKƏTƏ KEÇDİ: Ramazan bayramına görə...
Bizi izləyin

Digər

Ordu gecə saatlarında HƏRƏKƏTƏ KEÇDİ: Ramazan bayramına görə...

Liviyanın şərqindəki qiyamçı general Xəlifə Haftarın əmrindəki Liviya Milli Ordusu mövqelərindən geri çəkilməyə başlayıb.

Publika.az xəbər verir ki, bu barədə ordunun mətbuat katibi Əhməd əl-Mismari sosial media hesabından rəsmi açıqlama yayıb.

Onun sözlərinə görə, ordu paytaxt Tripolinin cənubundakı bütün cəbhələrdən yerli vaxtla gecə saatlarından etibarən 2-3 km geri çəkilib.

Onun sözlərinə görə, Haftar ordusu paytaxt əhalisinin Ramazan bayramının son günlərində adətlərə uyğun bayram keçirməsi üçün mövqelərini tərk edib.

Mismarinin bu açıqlaması ilə parallel müddətdə Liviya yerli mətbuatı Haftar ordusunun paytaxtdakı Mitiqa hava limanı yaxınlığındakı məhəlləyə qrad raketləri ilə hücum etdiyini yazıb.

Qeyd edək ki, Xəlifə Haftar orduya 2019-cu ilin aprelində paytaxtı ələ keçirmək əmri verib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm