2 məscidə SİLAHLI HÜCUM: ölən və yaralananlar var
Bizi izləyin

Digər

2 məscidə SİLAHLI HÜCUM: ölən və yaralananlar var

Əfqanıstanda 2 məscidə hücum olub.

Publika.az xəbər verir ki, ölkənin Pərvan və Host vilayətlərindəki məscidlərə hücum nəticəsində 11 nəfər dünyasını dəyişib.

Pərvan valiliyinin mətbuat katibi Vahidə Şəhkar mətbuata verdiyi açıqlamada hücumun naməlum şəxslər tərəfindən həyata keçirildiyini, nəticədə 8 nəfərin həlak olduğunu, 5 nəfərin yaralandığını deyib.

Hücumçular bölgədən qaçıb.

Host valiliyinin mətbuat katibi Talib Məngəl isə Kurçak məscidinə hücum nəticəsində 3 dinc sakinin öldüyünü, 1 azyaşlının yaralandığını açıqlayıb.

Hücumların məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm