Haftar Türkiyəni rusların qırıcıları ilə vuracaq - Tarixin ən böyük hava əməliyyatı
Bizi izləyin

Digər

Haftar Türkiyəni rusların qırıcıları ilə vuracaq - Tarixin ən böyük hava əməliyyatı

Türkiyə Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının Liviyada 8 “Pantsir” hava hücumundan müdafiə sistemini məhv etməsi Rusiyanı qəzəbləndirib.

Publika.az xəbər verir ki, rəsmi Moskva Liviyanın şərqindəki qiyamçı general Xəlifə Haftara 6-sı “Miq-29”, 2-si “Su-24” olmaqla, 8 döyüş təyyarəsi göndərib.

Bu barədə ABŞ-ın “Blumberq” agentliyinə Liviyanın Daxili İşlər naziri Fəthi Başağa məlumat verib. Onun sözlərinə görə, təyyarələr Rusiyanın Suriyadakı “Hmeymim” hərbi hava bazasından Liviyaya doğru hərəkət edib. Rusiya bu faktı təkzib etməyib.

Haftara sadiq hava ünsürləri ölkədəki Türkiyə ordusuna qarşı Liviya tarixindəki ən böyük hava hərəkatını başladacağını açıqlayıb. Türkiyənin Xarici İşlər Nazirliyi bu təhdidə cavab olaraq türk ordusunun hədəfə çevrilməsi təqdirində, Haftar ünsürlərini darmadağın edəcəklərini bəyan edib.

Liviya mətbuatında rus təyyarələrinin hava hərəkatında istifadə edilməsi durumunda, Türkiyənin F-16 qırıcılarını havaya qaldıracağı iddia olunub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm