Məkkə ziyarəti ilə bağlı QƏRAR
Bizi izləyin

Digər

Məkkə ziyarəti ilə bağlı QƏRAR

Səudiyyə Ərəbistanı Ümrə və Məscidi-Hərəmə ziyarət qadağasını ləğv etməyib.

Publika.az xəbər verir ki, ölkənin Həcc və Ümrə Nazirliyindən verilən açıqlamaya görə, ziyarət qadağası hazırkı şərtlər daxilində davam edəcək.

Sözügedən qərar səlahiyyətli qurumlar tərəfindən pandemiya müddətində veriləcək tövsiyələrə görə periodik olaraq nəzərdən keçiriləcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı hökuməti ötən gün koronavirus pandemiyasına qarşı görülən qabaqlayıcı tədbirləri yumşaltmaq məqsədilə 31 maydan etibarən Məkkədə ikimərhələli normallaşma planı tətbiq ediləcəyini açıqlayıb. Qərar çərçivəsində 3 həftə davam edəcək ilk mərhələdə Məkkəyə giriş qadağasının götürüləcəyi və 06.00-15.00 arasında küçəyə çıxmağa icazə veriləcəyi bildirilib.

Son rəqəmlərə görə, Səudiyyə Ərəbistanında 80 min 185 nəfər koronavirusa yoluxub, 441 nəfər ölüb. 54 min 553 nəfər sağalıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm