Kəndə dəhşətli basqın: onlarla ölü və yaralı var
Bizi izləyin

Digər

Kəndə dəhşətli basqın: onlarla ölü və yaralı var

Qərbi Afrika ölkəsi Nigeriyanın şimal-şərqində "Boko Haram" terror qruplaşmasının silahlı hücumu olub.

Publika.az xəbər verir ki, Kolomaiya kəndinə təşkil edilən basqında 69 nəfər həlak olub, çox sayda yaralı var.

Bundan başqa, kənddəki əksər evlərə ziyan vurulub, 300 baş iribuynuzlu heyvan tələf olub.

Nigeriya ordusunun Baş qərargah rəisi Tukur Yusif Buratai ötən gün son 2 ayda 1429 terrorçunu zərərsizləşdirdiklərini açıqlamışdı.

Xatırladaq ki, 2000-ci illərin əvvəlindən fəaliyyət göstərən "Boko Haram"ın hücumları nəticəsində ölkədə 20 minə yaxın insan həlak olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm