• USD 1,7000 0,00% EUR 2,0259 0,00%
    • GBP 2,3667 0,00% RUB 0,0235 0,00%

Şimali Koreya nüvə potensialını artırır

Şimali Koreya nüvə potensialını artırır

Şimali Koreya nüvə potensialını artıracağını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər naziri Ri Son Qvon danışıb.

ABŞ Prezidenti Donald Tramp və şimali koreyalı həmkarı Kim Çen Inın Sinqapurda baş tutan görüşünün ikinci ili münasibətilə açıqlama verən nazir bildirib ki, iki ölkə arasında münasibətlərin yaxşılaşmasına dair ümidlər kəsilib, Koreya yarımadasında sülh və rifaha dair müsbət enerjilər sönüb.

Qvon Şimali Koreya və ABŞ xalqlarının yaxşı münasibətlər arzuladığını, lakin Koreya yarımadasındakı durumun hər gün pisləşdiyini dilə gətirib: “Kim Çen Inın qatıldığı son hərbi konfransda nüvə sahəsinin genişləndirilməsi ilə bağlı milli strategiya müzakirə olunub. Buna rəğmən, ABŞ-ın nüvə müharibəsi təhdidləri ilə mübarizə aparmaq məqsədilə bu müharibənin qarşısını almaq fikri dəstəklənib”.

Zümrüd

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR