Peruda tarixi bina Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı
Bizi izləyin

Digər

Peruda tarixi bina Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Peruda tarixi bina Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə Perunun paytaxtı Limanın mərkəzində yerləşən tarixi meriya binası Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılıb.

Publika.az xəbər verir ki, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Limanın tarixi mərkəzində, Silahlar meydanında yerləşən meriya binasının Azərbaycan Bayrağının rənglərinə bürünməsi Azərbaycan və Peru arasında dostluq, qarşılıqlı hörmət və həmrəyliyin nümayişi kimi xüsusi məna daşıyır. Bu təşəbbüs iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin və xalqlarımız arasındakı həmrəyliyin rəmzi ifadəsidir.

Meriya binası üç gün ərzində Azərbaycan Dövlət Bayrağının rəngləri ilə işıqlandırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm