Kainatın nəhəng xəritəsi yayımlandı: 900 milyondan çox qalaktika
Bizi izləyin

Digər

Kainatın nəhəng xəritəsi yayımlandı: 900 milyondan çox qalaktika

Kainatın nəhəng xəritəsi yayımlandı: 900 milyondan çox qalaktika

Avropa Kosmik Agentliyi (ESA) “Evklid” kosmik teleskopunun 900 milyondan çox qalaktikanı əhatə edən ilk böyük məlumat toplusunu yayımlayıb.

Publika.az xəbər verir ki, noyabrın 12-də yayımlanan məlumatlar Ayın görünən ölçüsündən təxminən 9500 dəfə böyük səma sahəsinin müşahidələrini əhatə edir.

Təxminən 13 aylıq müşahidələr əsasında hazırlanan məlumat toplusunun həcmi 1,7 petabaytdır. Teleskop qalaktikaların həm görüntülərini, həm də məsafələrini ölçərək kainatın üçölçülü xəritəsini hazırlamağa imkan verəcək.

2023-cü ildə kosmosa göndərilən “Evklid” teleskopunun əsas məqsədi kainatın quruluşunu, qaranlıq maddə və qaranlıq enerjinin təbiətini araşdırmaqdır.

ESA missiyanı 2031-ci ildə başa çatdırmağı və səmanın üçdəbirindən çoxunu əhatə edən ən böyük üçölçülü kosmos atlasını yaratmağı planlaşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm