Universitet şəhərciyində atəş açılıb
Bizi izləyin

Dünya

Universitet şəhərciyində atəş açılıb

ABŞ-ın Merilend ştatının Baltimor şəhərində naməlum şəxs yoldan keçənlərə atəş açıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Merilend universitetinin şəhərciyində baş verib.

Verilən məlumata görə, universitet şəhərciyinə iki avtomobil yaxınlaşıb. Avtomobildən bir adam düşərək insanlara tərəf atəş açmağa başlayıb. Hadisə nəticəsində 3 insan həlak olub. 1 insan isə yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

Polis cinayətkarların axtarışını davam etdirir.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm