Cazibədar model ikinci dəfə ana olacaq – FOTOLAR
Bizi izləyin

Dünya

Cazibədar model ikinci dəfə ana olacaq – FOTOLAR

Publika.az qərb mətbuatına istinadən xəbər verir ki, "Victoria's Secret" brendinin keçmiş mələyi, 31 yaşlı çexiyalı model Karolina Kurkova ikinci dəfə hamilədir. Hamiləliyinin üçüncü ayında olan Karolinanın 2015-ci ilin yanvarında ana olacağı gözlənilir.

Xatırladaq ki, onun kinoprodüser Arçi Druri ilə evliliyindən ilk övladı Tobin 2009-cu ildə anadan olub.

Model ilk analıq təcrübəsi barədə vaxtilə belə demişdi:

"Mən özümü tamamilə başqa cür hiss etməyə başlamişam. Uşaq anadan olandan sonra hər şey dəyişir. Daxilində nəsə dəyişir və sən sözün əsl mənasında hər şeyin öhdəsindən gəlməyi bacaran ana olursan. İndi hətta əyləşməyə vaxtım yoxdur".

Banu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm