Dünya
Cəbhə xəttində silahlar yenə susmur
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 70 dəfə pozub.
Müdafiə Nazirliyindən Publika.az-a verilən
məlumata görə, Ermənistan Respublikası İcevan rayonunun
ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun
Barekamavan, Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax
rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Aşağı
Əskipara kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun
Şıxlar, Şuraabad, Sarıcalı, Yusifcanlı, Cəvahirli, Xocavənd
rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz,
Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili
kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl
rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən
də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər