Pentaqondan SOS: “ABŞ-ın texnoloji imkanları risk qrupundadır”
Bizi izləyin

Dünya

Pentaqondan SOS: “ABŞ-ın texnoloji imkanları risk qrupundadır”

ABŞ ordusunun Birgə Qərargahlar rəisi general Martin Demps ABŞ-ın “Milli hərbi strategiya” (NVS) adlı yeni hərbi doktrinasını hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə “The National Interest” nəşri yazıb.

Sənədin müəllifi hazırkı qlobal vəziyyəti “mürəkkəb” qiymətləndirir. General qeyd edir ki, Amerika hərbçiləri yalnız özünün ənənəvi texnoloji üstünlüklərinə etibar edə bilməzlər. O, bunun kiberhücumlar da daxil olmaqla bütün dünyada qabaqcıl texnologiya və informasiya vasitələrinin yayılması ilə izah edir.

NVS-də dövlətlər arasında tammiqyaslı müharibə təhlükəsi “artan” qiymətləndirilir. Həmçinin sənəddə qeyd edilir ki, İran, Rusiya, Şimali Koreya və Çin ABŞ-la birbaşa hərbi münaqişəyə hədəflənməyib.

Eyni zamanda, NVS müəllifi hesab edir ki, dünyadakı vəziyyət fonunda Amerikanın nüvə arsenalının ciddi yenilənməsinə ehtiyac duyur.

“The National Interest”in fikrincə, NVS göstərir ki, Amerika hərbçiləri ABŞ-ın texnoloji imkanlarının risk qrupunda olduğunun fərqindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm