İraqın bölünməsində ilk addım: kürdlər müstəqilliyini elan etdi
Bizi izləyin

Dünya

İraqın bölünməsində ilk addım: kürdlər müstəqilliyini elan etdi

Şimali İraq regional kürd rəhbərliyi bölgədəki neftin Bağdaddan asılı olmadan müstəqil şəkildə satılması ilə bağlı qərar verib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Rudaw TV”yə açıqlamasında regional kürd hökumətinin sözçüsü Safin Dizayi bildirib.

O, bu addımı iqtisadi böhranın həlli üçün atdıqlarını dilə gətirib.

İraq parlamentinin neft və qaz komissiyasının başçısı Arez Abdullah bunu İraqın bölünməsində ilk addım kimi qiymətləndirib.

Türkiyə isə kürd muxtariyyəti ilə imzalanan neft razılaşmasına sadiq qalacağına dair Ərbilə zəmanət verib. Ankara kürd bölgəsində çıxarılan neftin birbaşa satışına heç bir maneə törədilməyəcəyini açıqlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm