Nüvə razılaşması bir neçə saata imzalana bilər – SON DƏQİQƏ
Bizi izləyin

Dünya

Nüvə razılaşması bir neçə saata imzalana bilər – SON DƏQİQƏ

İran və “altılıq” (Almaniya ilə BMT-nin beş daimi üzvü olan ABŞ, Rusiya, Çin, İngiltərə və Fransa) arasında Vyanada keçirilən danışıqlar bir neçə saat ərzində razılaşma ilə başa çata bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Hər şeyi nəzərə alıram. Hətta yaxın bir neçə saat ərzində razılaşma əldə oluna bilər”, - nazir müavini dilə gətirib.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə yekun sənədin iyulun 7-də imzalanması nəzərdə tutulsa da, bu müddət bir neçə gün uzadılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm