Ərəb şahzadəsi vəfat etdi
Bizi izləyin

Dünya

Ərəb şahzadəsi vəfat etdi

Səudiyyə Ərəbistanın sabiq xarici işlər naziri və şahzadəsi Saud əl-Feyzal 76 yaşında vəfat edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, əl-Feyzal 1975-ci ildən bəri 40 il ərzində ölkənin xarici işlər naziri olub. Bununla da o, tarixin ən uzunmüddətli xarici işlər naziri adını alıb.

Bu ilin aprel ayında əl-Feyzalın səhhəti ilə bağlı Səudiyyə Ərəbistanın kralı onu xaricdə xəstəxanaya müalicəyə yollayıb. Əl-Feyzalı isə ölkəni ABŞ-da təmsil edən səfir əl-Cubeyr əvəzləyib.

Mərhum nazir kral Feyzalın 7 oğlundan biri olub.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm