Geyim üstündə 23 insan öldü - FOTOLAR
Bizi izləyin

Dünya

Geyim üstündə 23 insan öldü - FOTOLAR

Banqladeşin Mimensinqx şəhərində pulsuz geyim paylanarkən yaranan davada ən azı 23 insan həlak olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə yerli tütün fabrikinin sahibinin kasıblara geyim payladığı zaman baş verib. Nəticədə, fabrikin binasına geyim əldə etmək üçün gələn yüzlərlə kasıb insan arasında dava düşüb. Dava zamanı xəsarət alanlar olub.

Hazırda polis fabrikin sahibi də daxil olmaqla 7 nəfəri həbs edib. Ölənlərin sayının artacağı gözlənilir.

Qeyd edək ki, Ramazan ayında imkanlı Banqladeş sakinləri kasıb əhaliyə pulsuz geyimlər paylamaqla məşğul olur.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm