Əfsanəvi Ömər Şərif dünyasını dəyişdi - FOTO
Bizi izləyin

Dünya

Əfsanəvi Ömər Şərif dünyasını dəyişdi - FOTO

Məşhur misirli aktyoru Ömər Şərif 83 yaşında vəfat edib.

Publika.az-ın məlumatına görə, bu barədə aktyorun köməkçisi bildirib.

Bir müddət əvvəl mərhumun Altsaymer xəstəliyindən əziyyət çəkdiyi xəbər verilmişdi.

Ömər Şərif bir sıra ABŞ və Avropa filmlərində çəkilib.

O, Ərəbistanlı Lourens( Lawrence of Arabia) və Doktor Jivaqo (Doctor Zhivago), Çingiz xan (Genghis Khan) və Məzəli qız (Funny Girl) kimi filmlərdə yaratdığı obrazlarla tanınıb.

1962-ci ildə Ərəbistanlı Lourens filmindəki arxa plan roluna görə Ömər Şərif “Qızıl Qlobus” mükafatını qazanıb.

1965-ci ildə isə o Doktor Jivaqo filmindəki baş roluna görə “Qızıl Qlobus”a ikinci dəfə layiq görülüb.

Məşhur aktyor həmçinin “Oscar” mükafatının nominantı olub.

1932-ci ildə Misirin İsgəndəriyyə şəhərində anadan olan aktyorun əsl adı Mişel Dimitri Şalhub olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm