İŞİD iki ölkəni birləşdirən yolu minaladı
Bizi izləyin

Dünya

İŞİD iki ölkəni birləşdirən yolu minaladı

İŞİD terror qruplaşması işğalı altındakı İraqın Mosul şəhəri ilə və Suriyanın Rakka şəhərləri arasındakı yolu minalayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq təhlükəsizlik güclərindəki mənbə bildirib.

Onun sözlərinə görə, təşkilatın lideri Əbubəkr Əl-Bağdadi İŞİD-in “paytaxt”ı hesab olunan Rakkanın təhlükə altında olduğunu düşünərək Mosul-Rakka yolunun minalanması barədə göstəriş verib.

Mənbə qeyd edir ki, İŞİD-in yolu minalamaqla digər məqsədi üzvlərinin qaçmasının qarşısını almaqdır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm