İkinci Dünya Müharibəsindən qalan qırıcı rekord məbləğə satıldı
Bizi izləyin

Dünya

İkinci Dünya Müharibəsindən qalan qırıcı rekord məbləğə satıldı

İkinci Dünya Müharibəsindən qalan Britaniya qırıcısı “Spitfire” “Christie's” hərracında rekord məbləğə satılıb.

Publika.az “The Daily Mail” nəşrinə istinadən xəbər verir ki, qırıcı 3.1 milyon funt-sterlinqə (4,8 milyon dollardan çox) alıcı tapıb.

Bu məbləğ “Spitfire” üçün bundan əvvəl verilən puldan təxminən iki dəfə çoxdur.

Qırıcının satışından əldə olunan bütün pul Kral Hərbi Hava Qüvvələrinin veteranlarına yardım edən xeyriyyə fonduna köçürülüb. Alıcının kimliyi isə açıqlanmayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm