İŞİD-dən dünyanı sarsıdacaq ŞOK PLAN: Onları məhv edəcəyik
Bizi izləyin

Dünya

İŞİD-dən dünyanı sarsıdacaq ŞOK PLAN: Onları məhv edəcəyik

İŞİD terror təşkilatı Misirin Sinay yarımadasına etdiyi hücumdan sonra ölkənin tarixi məkanları olan Qahirə və Giza şəhərlərini hədəf alıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, təşkilatın hədəfində Böyük Sfinks heykəli və Misir ehramları var.

Məlumata görə, İŞİD Misirdə tarixi abidələrin Allahın varlığına qarşı olduğu anlamına gəldiyini açıqlayıb: “Misir xəlifənin himayəsinə girəndə artıq piramidalar, Böyük Sfinks və bütlərə sitayiş olmayacaq”.

Misirin içərilərinə doğru gözlənən hücuma qarşı Sinay yarımadasında döyüş təyyarələri və birliklərinin hazırlıq vəziyyətinə gətirildiyi bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm