Srebrenitsa qurbanları anılıb
Bizi izləyin

Dünya

Srebrenitsa qurbanları anılıb

Srebrenitsa soyqırımının 20-ci ildönümü ilə bağlı keçiriləcək anım mərasimində 70 minədək insan iştirak edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, hər il iyulun 11-də Potoçaridəki memorial mərkəzdə keçirilən mərasimdə bu il ABŞ-ın keçmiş Prezidenti Bil Klinton, BMT baş katibinin müavini Jan Mari Genno, Sloveniya Prezidenti Borut Pahor, Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç, Monteneqro Prezidenti Filip Vuyanoviç, Makedoniya Prezidenti Georgi İvanov, Serbiyanın Baş naziri Aleksandr Vuçiç və başqaları iştirak edib. Bu dəfə memorial mərkəzin qəbiristanlığında 20 il bundan əvvəl baş vermiş soyqırımının son zamanlar şəxsiyyəti müəyyən edilən 136 qurbanının qalıqları dəfn ediləcək.

Ekspertlərin fikrincə, 1995-ci ilin iyul ayında Srebrenitsa şəhərində 8 minə qədər müsəlman öldürülüb. Beynəlxalq Tribunal və Beynəlxalq Məhkəmə bu hadisəni soyqırımı kimi tanıyıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm