"Baş nazir olsam, prezident sarayına getməyəcəm"
Bizi izləyin

Dünya

"Baş nazir olsam, prezident sarayına getməyəcəm"

"Baş nazir olsam, prezident sarayına getməyəcəm".

Bunu Cümhuriyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıcdaroğlu koalisiya hökuməti ilə bağlı müsabibəsində deyib.

O, koalisiya hökumətində baş nazirin müavini olmaya biləcəyini də vuğulayıb.

"Doğrusu, mən 4 il fəaliyyət göstərəcək bir koalisya hökumətinin qurlmasını istəyirəm" - deyə K.Kılcdaroğlu bildirib.

O, Ədalət və İnkişaf Partiyası ilə CHP arasında əvvəllər mövcud olan etimadsızlığın da problem yarada biləcəyini istisna etməyib.

CHP sədri koalisiya hökumətinin qurulması üçün 14 maddəlik şətrlərinin olduğunu və bunu dəyişməz qaldığını vurğulayıb.

"Biz CHP-MHP (Milliyyətçi Hərəkat Partiyası) və kənardan Xalqların Demokratik Partiyasının dəstəkləyəcəyi bir hökumət qurmağı nəzərdə tutmuşduq. Mənim istəyim bu idi. Biz bunu həyata keçirə bilirdik" - deyə o qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm