Dünya
Ukraynada qırğın: Kiyevə müharibə elan olunur - VİDEO/FOTO
Ukraynanın qərbində yerləşən Mukaçevoda pulemyotların və
qumbaraatanların tətbiqiylə ağır döyüşlərdən sonra ölkədə qadağan
edilmiş "Sağ sektor" ekstremist qruplaşmanın
döyüşçüləri dağlara qalxıb. ANS PRESS-in məlumatına görə,
milliyyətçi təşkilatın üzvləri ölüləri və yaralıları da özləri ilə
götürüb.
Bununla belə, "Sağ sektor" bütün öz döyüşçülərinə döyüş həyəcanını
elan edib. Onlar Ukrayna hakimiyyət orqanlarına və qanun
qoruyucularına hücum etməyə hazırdır. Bununla da "Sağ sektor"
ekstremist qruplaşması öldürülmüş yoldaşlarının qisasını almaq
istəyir. Ukrayna Daxili İşlər Nazirliyi ölkənin qərbində baş vermiş
atışma zamanı 3 nəfərin öldüyünü daha 5 nəfərin isə yaralandığını
bildirərək bunu terakt adlandırıb.
"Sağ sektor" ekstremist qruplaşmanın döyüşçüləri
Prokurorluğun məlumatlarına əsasən, münaqişə "kamuflyaj formasında
“Sağ sektor” yazılan 20 silahlı şəxsin yerli kafelərdən birinə
hücümündan sonra başlanıb. Hücum edənlər ilə deputat Mixail
Lanyonun tərəfdarları və hadisə yerinə cəlb olunmuş milis qüvvələri
arasında silahlı toqquşma baş verdiyi bildirilir. Mukaçovo
yaxınlığındakı Kiyev-Çop yolunda baş vermiş atışma zamanı üzü
maskalı şəxslər avtomat silahlardan və qumbaratanlardan istifadə
edib.
“Sağ sektor”un Zakarpat vilayəti üzrə bölməsinin rəhbəri Aleksandr
Saçko təşkilatın insidetlə əlaqəli olduğunu təsdiqləyib. Onun
sözlərinə görə, milis əməkdaşları xəbərdarlıq etmədən təşkilatın
üzvlərini atəşə tutub.
DİN rəhbərinin digər müşaviri Anton Qeraşenko atəş açan
silahlılardan 3 nəfərin öldüyünü bildirib. “Məlumata görə, 3
silahlı öldürülüb, beş cinayətkar yaralanıb. Qalanları isə,
meyitləri və yaralıları özləri ilə apararaq, meşə zolağına
çəkiliblər. Təslim olmaq tələbinə əməl olunmazsa, güc tətbiq
olunacaq və cinayətkarlar məhv ediləcək”, deyə Şkiryak
bildirib.
Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Yelena Qitlyandskaya
cinayət işinin başlandığını və əməliyyat qərargahının yaradıldığını
bildirib. Hadisə yerinə xüsusi təyinatlı dəstə göndərilib.
Hadisə ilə bağlı rəy bildirən ölkə başçısı Pyotr Poroşenko güc
strukturlarına ekstremistlərlə bağlı tədbir görməyi tapşırdığını
qeyd edib.
Mukaçevo terakdan sonra
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!