Brüsseldə təcili toplanış – Yunanıstana görə
Bizi izləyin

Dünya

Brüsseldə təcili toplanış – Yunanıstana görə

Avrozona maliyyə nazirləri dünən Yunanıstanla bağlı 8 saatlıq müzakirələrdən sonra bu gün yenidən bir araya gəliblər.

Publika.az xəbər verir ki, Brüsseldə baş tutan toplantıda maliyyə yardımı üçün yeni təkliflərdən ibarət paketin hazırlanacağı gözlənilir.

Yığıncaqda çıxış edən Avstriyanın maliyyə naziri Hans Yörq Şellinq çətin mərhələdə olduqlarını deyib:

“Yunanıstanla əlaqədar bir çox mövzuda Avro qrupunda razılıq baş tutmadı. Çox çətin danışıqlar aparılır”.

Finlandiya maliyyə naziri Aleksandr Stubbe isə Afinanın təkliflərinin o qədər də pis olmadığını bildirib:

“Yunanıstanın şərtlər mövzusunda daha dəqiq olması lazımdır. Dəqiq öhdəliklər, dəqiq şərtlər və dəqiq dəlillər təqdim edilməlidir. Danışıqlarda irəliləyiş var. Lakin daha uzun məsafə qət etmək lazımdır”.

İtaliyanın maliyyə naziri Pietro Carlo Padoan da Yunanıstana qarşı bir etibarsızlıq yarandığını etiraf edib. Onun sözlərinə görə, rəsmi Afina konkret addımlar atmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm