Rusiyada kazarma uçdu, 10 ölü, 19 yaralı (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Rusiyada kazarma uçdu, 10 ölü, 19 yaralı (YENİLƏNİB)

Rusiyanın Omsk şəhərində hərbi təlim mərkəzinin korpusu uçması nəticəsində on nəfər ölüb, 19 hərbçi isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Trend xəbər verir ki, bu barədə TASS-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Hadisə zamanı hərbi mərkəzdə ümumilikdə 337 nəfərin olduğu bildirilir.

Hadisə ilə bağlı cinayət işi açılıb.

***

Rusiyanın Omsk şəhərinin yaxınlığında yerləşən Müdafiə Nazirliyinin hərbi tədris mərkəzinin kazarmasının bir hissəsi dağılıb.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, dağıntıların altından 15 nəfər çıxarılıb.

Onlardan biri dünyasını dəyişib. Müdafiə Nazirliyinin məlumatına görə, 29 nəfərin taleyi haqqında hələ məlumat yoxdur.

Hadisə zamanı şəxsi heyət kazarmada dincəlirdi. Binanın dağılmasının səbəbləri hələlik məlum deyil.

Omsk vilayətinin texniki nəzarət xidmətindəki mənbə hadisənin qaz partlaması üzündən baş verdiyi barədə səsləndirilən iddiaları təkzib edib. O, binanın qazlaşdırılmadığını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm