Kerri nüvə razılaşmasının əldə edilməsinə ümidlə baxır
Bizi izləyin

Dünya

Kerri nüvə razılaşmasının əldə edilməsinə ümidlə baxır

"Fikrimcə, əsl qərarlar verməyə yaxınlaşırıq. Bəzi mürəkkəb məsələlər var və mən ümidli qalmağa davam edirəm".

Publika.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Con Kerri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə bazar günü keçirdiyi görüşün nəticələrini şərh edərkən deyib.

Tərəflər danışıqlar üçün iyulun 13-ə qədər son möhlət qoyub.

Danışıqlarda iştirak edən Avropa İttifaqının xarici siyasət şöbəsinin başçısı Federika Mogerini bazar günü səhər bildirib ki, müzakirəçilər həlledici mərhələyə daxil olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm