Hələbdə qədim qala divarları dağıdıldı
Bizi izləyin

Dünya

Hələbdə qədim qala divarları dağıdıldı

Hələbdə şəhərin altında yerləşmiş tuneldə partlayış nəticəsində qədim qala divarının bir hissəsi dağılıb.

Publika.az xəbər verir ki, bu barədə Suriyada İnsan Hüquqlarını Müşahidə qrupunun yaydığı məlumatda bildirilir. Məlumata görə, qalanın divarı hökumət qüvvələrinin üsyançıların qazdığı yeraltı tuneli partlatdıqları zamanı zərərə məruz qalıb. Dövlətə məxsus xəbər agentliyi isə tunelin üsyançılar tərəfindən partladıldığını bildirib.

Suriya fəallarının media orqanı olan Hələb Xəbər Şəbəkəsi (Halab News Network) partlayış nəticəsində dağılmış divarın görüntülərini yayıb.

Hələb şəhərin qədim hissəsi 2013-cü ildə UNESCO-nun Dünya Mədəni İrsi siyahısına salınıb.

Vətəndaş müharibəsindən öncə Hələb Suriyanın ən çox əhalisi olan şəhəri idi. Şəhər hökumət və prezident Bəşar Əl-Əsədi hakimiyyətdən salmaq uğrunda mübarizə aparan üsyançıların nəzarət etdiyi hissələrə ayrılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm