Ərdoğan Merkellə tatarların vəziyyətindən danışdı
Bizi izləyin

Dünya

Ərdoğan Merkellə tatarların vəziyyətindən danışdı

Ərdoğan Merkellə tatarların vəziyyətindən danışdı

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə ilə telefonla danışıb.

ANS PRESS-in məlumatına görə, danışıqlar zamanı Ukraynadakı son hadisələrin müzakirə mövzusuna çevrilib. Tərəflər Ukraynadakı, xüsusi ilə Krımda vəziyyətin gərgin olduğunu vurğulayıblar.


Tərəflər bildiriblər ki, Ukraynadakı böhranın aradan qaldırılması üçün mövcud beynəlxalq hüquq və müqavilələrə əməl edilməsi vacib məsələdir.


İki lider danşıq zaman qeyd edib ki, BMT Təhlükəsizlik Komitəsinin və Avropa Birliyi Nazirlər Komitəsinin Ukraynanı hazırkı böhran vətiyyətindən çıxarmağın yollarını axtarıb tapmalıdırlar.

Ərdoğan telefon danışığı zamanı Krım tatarları ilə olan yaxın münasibətlərindən də söhbət açıb. Onun sözlərinə görə Türkiyə Krım tatarları ilə yaxın münasibətlərinin olduğuna görə problemin aradan qaldırılmasına hər cəhətdən yardım edə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm