Şok iddia: İŞİD-in məşhur cəlladı Türkiyəyə keçib
Bizi izləyin

Dünya

Şok iddia: İŞİD-in məşhur cəlladı Türkiyəyə keçib

İŞİD terror qruplaşmasının edam videolarının fenomeni, məşhur cəllad Əbdül Məcid Əbdül Bari Türkiyədədir.

Publika.az xəbər verir ki, bu iddia ilə İngiltərənin “The Telegraph” nəşri çıxış edib.

Nəşrin yazdığına görə, Suriya və İraq başda olmaqla Yaxın Şərqi qan gölünə çevirən İŞİD-in məşhur cəlladı Əbdül Məcid Əbdül Bari sərhədi immiqrant kimi keçib. Bütün avropalıları ölümlə təhdid edən Britaniya vətəndaşının Türkiyəyə iyun ayında Suriyanın Tel-Abyad şəhərindən keçdiyi bildirilir.

O, 2013-cü ildə Suriyaya döyüşməyə yollanmazdan əvvəl Londonda bir rep qrupunun üzvü olub. Kəşfiyyat məlumatlarına görə, həmin gənc cəllad təxminən bir il əvvəl Londonda bir milyon funt-sterlinq dəyərində olan malikanədə yaşayıb. Hazırda döyüşçülər arasında "Cihadi Con" ləqəbi ilə tanınır.

Əbdül Məcid Əbdül Barinin iki il əvvəl qatıldığı İŞİD-dən ayrılıb-ayrılmadığı isə hələ məlum deyil. Xəbərdə qeyd edilir ki, 25 yaşındakı terrorçunun təşkilatdan qaçmaq üçün, yoxsa terror aktları təşkil etmək üçün Türkiyəyə keçdiyi bilinmir.

Əbdül Məcid Əbdül Barinin atasının da “Əl-Qaidə” üzvü olduğu üçün ABŞ-da həbs olunduğu deyilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm