Ukraynanın Krıma hücum edəcəyi vaxt açıqlandı
Bizi izləyin

Dünya

Ukraynanın Krıma hücum edəcəyi vaxt açıqlandı

Ukraynanın Krıma hücum edəcəyi vaxt açıqlandı

Ukrayna ordusu Krıma martın 16-da hücum edəcək.

“Axar.az” xəbər verir ki, bu barədə Ukrayna Radasının deputatı Oleq Çarev öz Feysbuk səhifəsində yazıb.

O, hazırkı hakimiyyətin Krıma qarşı aqressiv olduğunu bildirib. “Mənə bu gün Kiyevdən zəng etmişdilər. Hazırkı hakimiyyət dəhlizlərində çox aqressiv mühit var. Saakaşvili indiki hakimiyyəti inandırmağı bacarıb ki, onun Cənubi Osetiyada uduzmasının əsas səbəbi ordusunun az olması idi.

Ayın 16-da referendum günü Ukrayna ordusunun Krıma daxil olması nəzərdə tutulur. Bu ssenariyə inanmaq istəməzdim. Amma mən əvvəllər də deyirdim ki, Ukrayna bu ssenariyə doğru gedir. Mən əlimdən gələn hər şeyi etmişəm ki, bu ssenari gerçəkləşməsin”.

Qeyd edək ki, martın 16-da Krımda referendum keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm