İŞİD daha bir iranlı generalı öldürdü
Bizi izləyin

Dünya

İŞİD daha bir iranlı generalı öldürdü

Suriyanın Xüms şəhərinin ətrafında yerləşən Ət-Teyfur hərbi hava bazasına hücum edən İŞİD terror qruplaşması ilə rejim gücləri arasında şiddətli döyüşlər davam edir.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, döyüşlərdə iranlı general öldürülüb.

Məlumata görə, iranlı general Kərim Gobaş Suriya ordusunda hərbi məsləhətçilik edirmiş.

Qeyd edək ki, İŞİD-in ötən həftənin şənbə günü sözügedən bazanın yaxınlığındakı elektrik stansiyasına hücumu zamanı 9 rejim əsgəri öldürülüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm