İraq ordusu İŞİD-ə qarşı genişmiqyaslı əməliyyata başladı
Bizi izləyin

Dünya

İraq ordusu İŞİD-ə qarşı genişmiqyaslı əməliyyata başladı

İraq ordusu Anbar vilayətinin İŞİD terror təşkilatından azad olunması üçün genişmiqyaslı əməliyyata başlayıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, 10 minlik İraq ordusuna şiə milisləri və sünni tayfaları dəstək verir.

Sünnilərin əksəriyyət təşkil etdiyi Anbar vilayəti İŞİD-in güclü olduğu vilayətlərin başında gəlir. Paytaxt Bağdadın qərbində yerləşən Anbar İraqın ən böyük vilayətidir. İŞİD bu ilin may ayında vilayətin inzibati mərkəzi olan Ramadi şəhərini ələ keçirib. Vilayətin ikinci böyük şəhəri olan Fəllucə də İŞİD-in nəzarəti altındadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm