Türkiyə İŞİD-ə qoşulmaq istəyən 1500 əcnəbini saxlayıb
Bizi izləyin

Dünya

Türkiyə İŞİD-ə qoşulmaq istəyən 1500 əcnəbini saxlayıb

Bu ilin yanvar ayından bəri Türkiyədə İŞİD terror təşkilatı ilə əlaqəsi olan 500 nəfərdən çox adam saxlanılıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, İŞİD-ə qarşı yaradılan koalisiyanın fəal üzvü olan Türkiyə hazırda bu istiqamətdə fəaliyyətini davam etdirir.

Həmçinin bu ilin yanvar ayından bəri İŞİD-lə əlaqədə şübhəli bilinən 100 nəfərə yaxın şəxs cəzaçəkmə müəssisələrinə göndərilib.

Ötən həftə İstanbulda keçirilən əməliyyat zamanı isə İŞİD-ə qoşulmaq üçün Avropadan gələn 29 nəfər saxlanılıb.

Bu il ərzində İŞİD-ə qoşulmaq üçün Türkiyəyə gələn 1500-dən çox əcnəbi isə ölkədən geri qaytarılıb. Bu il 98 ölkədən gəlmək istəyən 15 minə yaxın İŞİD-lə əlaqəsi olan əcnəbinin Türkiyəyə girişinə qadağa qoyulub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm