Dünya
Ukrayna həyəcan içində: Çernobıl kabusu geri dönə bilər
1986-cı ildə Avropa və Asiyanın böyük bir qisminə ciddi təsir edən Çernobıl kabusu təkrar geri dönə bilər.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Çernobıl meşəsindəki torf mərkəzlərində yanğın baş verib.
Ukrayna Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğınsöndürənlər yanğın sahəsinin genişlənməsinin qarşısını almağa çalışır. Nazirlikdən bildirilib ki, yanğın ümumi sahəsi 5 hektar olmaqla iki sahədə davam edir.
Yanğınsöndürənlər vurğulayıblar ki, vəziyyətə nəzarət edilir. Yanğının söndürülməsi üçün 60 insan və texnikanın 10 vahidi cəlb edilib.
Çernobıl meşəsində bundan əvvəlki böyük yanğın aprelin 28-də baş verib. Çernobıl Atom Elektrik Stansiyasının (AES) üzəri betonla örtülsə də, ona doğru yaxınlaşan yanğın ciddi təhlükə yarada bilər. Belə ki, ekspertlər AES ətrafında yerə hopmuş radioaktiv şüanın yanaraq təkrar havaya qarışması təhlükəsini istisna etmirlər.
Ömər Dağlı
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB