Erməni “Facebook”un yaradıcısını məhkəməyə verdi
Bizi izləyin

Dünya

Erməni “Facebook”un yaradıcısını məhkəməyə verdi

Erməni əsilli daşınmaz əmlak satıcısı Mirçe Voskerisyan “Facebook”un yaradıcısı Mark Zükerberqi vədini yerinə yetirmədiyi üçün məhkəməyə verib.

Publika.az xəbər verir ki, Voskerisyanın sözlərinə görə, o, məşhur sosial şəbəkənin təsisçisinə endirimlə 2,8 milyon dollar dəyərində ev satıb.

Güzəşt müqabilində “Facebook” rəhbəri biznesmeni “Silikon vadisi”nin elitası ilə tanış etməli, o isə özünə yeni potenisal müştərilər tapmalı idi.


Voskerisyanın vəkilləri iddia edir ki, Zukerberqə görə biznesmenin digər potensial alıcı - evə görə 4,3 milyon dollar ödəməyə hazır olan afrikalı şahzadə ilə sövdələşməsi pozulub.


Öz növbəsində Zukerberqin vəkilləri şəxsi detektivlər vasitəsilə Voskerisyanın versiyasını araşdırıb və potensial alıcının - şahzadənin olmamasına dair dəlillər tapıblar.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm