Gecə klubunun tualetində yatan nazir müavini işdən qovuldu - FOTOLAR
Bizi izləyin

Dünya

Gecə klubunun tualetində yatan nazir müavini işdən qovuldu - FOTOLAR

Bolqarıstanın baş naziri Boyko Borisov turizm nazirinin müavinini işdən çıxarıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, nazir müavini Nadya Marinova “yüksək vəzifəli dövlət məmuruna yaraşmayan davranış” sərgiləməkdə ittiham olunub.

Məlumata görə, Marinova iyulun 2-də paytaxt Sofiyanın məşhur gecə klublarından birində spirtli içki qəbul edərək rusiyalı musiqiçi ilə saatlarla rəqs edib. Onun daha sonra gecə klubunun tualetində yatdığı bildirilir.

Hadisə klubun müştərilərindən birinin çəkdiyi və mətbuata ötürdüyü fotoşəkillərlə ortaya çıxıb.

Bolqarıstanın Turizm Nazirliyi, həmçinin Marinovanın özü hadisəni şərh etməkdən imtina ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm