UNO-lar barədə yeni sübutlar üzə çıxıb
Bizi izləyin

Dünya

UNO-lar barədə yeni sübutlar üzə çıxıb

İngiltərənin Suffolk qraflığında ABŞ hərbi bazasının yaxınlığında guya UNO enişi barədə xəbərləri təsdiqləyən "yeni məlumatlar" peyda olub.

Publika.az xəbər verir ki, bu barədə hərbi baza rəisinin keçmiş müavini Çarlz Halt bildirib. BBC-ə müsahibəsində, o, naməlum obyektləri Rendlesham meşəsində 1980-ci ilin dekabrında gördüyünü deyib.

Çarlz Haltın təbirincə, Kral Hərbi Hava Qüvvələri (RAF) radiolokasiya stansiyası operatorları UNO-nu gördüklərini təsdiqləyiblər. Onun sözlərinə görə, UNO-nu bazanın keşikçiləri də görüb.

75 yaşlı istefada olan zabit hazırda ABŞ-ın Virginia ştatında yaşayır. Onun sözlərinə görə, bəzi hərbçilər təqaüdə çıxana qədər bildiklərilə bölüşmək istəməyib, lakin indi onlar yazılı ifadələr veriblər.

Britaniya Müdafiə Nazirliyi BBC-ə UNO xəbərlərilə daha məşğul olmadığını bildirib.

Rendlesham UNO hadisəsinin əsas məqamları:

  • 1980-ci ilin dekabrın 26-da işıq saçan qəribə obyektləri ilk olaraq ABŞ hərbi bazasının mühafizəçiləri John Burroughs və Jim Penniston görüblər.
  • Halt onların ifadələrini diktofona yazıb.
  • Bentwaters aviabazasından ABŞ hərbiçiləri 1993-cü ilə qədər istifadə ediblər.
  • Qeydə alınmış mənzərənin yaranmasının mümkün səbəbləri arasında hərbi sınaqlar, Apollo kosmik apparatı maketinin vertolyotla daşınması, məşəl işığı və hərbi pilotların zarafatı kimi amillər qeyd olunub.
  • 1983-cü ildə "News of the World" qəzeti belə bir başlıqla məqalə dərc etmişdi: "UNO Suffolk-a enib. Bu, rəsmidir".

Halt bildirib ki, radiolokasiya stansiyasının operatorları həmin naməlum obyektin 96 km məsafəni 2-3 saniyəyə keçdiyini gözlərilə gördükləri barədə ifadələr veriblər.

UNO barədə xəbərləri araşdıran ekspert Con Hanson bildirib ki, Haltın sözlərinə inanmaq olar.

"Həqiqəti isə gizlətməyə çalışırlar", - Con Hanson bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm