Türk pilot UNO-lardan danışdı
Bizi izləyin

Dünya

Türk pilot UNO-lardan danışdı

Türk Hava Yollarında illərcə vəzifəsini yerinə yetirən təqaüdçü, kapitan pilot İbrahim Bilir UNO-ların varlığına tam inandığını söyləyib.

Axar.az xəbər verir ki, İbrahim Bilir 5 il öncə Osaka-İstanbul uçuşu əsnasında yaşadıqlarını mətbuata danışıb:

“Havaya qalxmağımızdan 6 saat sonra 4 təyyarə eyni istiqamətdə uçurduq. Önümüzdə Türk Hava Yollarının Şanxaydan gələn təyyarəsi, arxamda isə Lufthansa təyyarəsi var idi. Və birdən yaxınlaşan qüvvətli bir işıq gördük. O işıq çox yaxınımıza gəldi. Gümüş rəngində idi, lakin tam baxa, gözlərimizi aça bilmirdik. Onda inanılmaz bir güc vardı. Təyyarədəki hər 3 pilot onu gördü. Bu hadisə hardasa 35-45 saniyə arasında davam etdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm