Hollandiya polisindən inanılmaz vəhşilik – VİDEO
Bizi izləyin

Dünya

Hollandiya polisindən inanılmaz vəhşilik – VİDEO

Axşam saatlarında küçədə adamları saxlayaraq şəxsiyyət vəsiqələrini yoxlayan polis 13 yaşlı uşağı səhv məlumat verdiyi üçün biləyindən motosikletə bağlayaraq, təxminən 1 kilometr yanında qaçırıb.

Axar.az xəbər verir ki, Hollandiyanın Almere şəhərində polisin 13 yaşlı uşağa verdiyi qeyri-adi “cəza” bütün dünya mediasını silkələyib.

Bir vətəndaşın telefonla çəkdiyi görüntülər internetə yüklənəndən sonra sutka ərzində 350 min dəfə izlənilib, xalq tərəfindən də böyük etirazla qarşılanıb. Almere şəhər polisi hadisənin ictimailəşməsindən sonra motosikletli polisi istintaq davam etdiyi müddətcə oturaq işlə təmin edib, 13 yaşlı yeniyetmə polis idarəsində valideynlərinə təslim edilib.

Sosial şəbəkə istifadəçiləri polisin cəzalandırılması üçün kampaniya başladıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm