Obama Putinə zəng etdi
Bizi izləyin

Dünya

Obama Putinə zəng etdi

ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinə zəng edib.


Publika.az xəbər verir ki, bu barədə Ağ Evin rəsmi məlumatına deyilib.


Məlumata görə, liderlər telefonda İranın nüvə proqramı ilə bağlı əldə olunan razılığı müzakirə ediblər. Obama Rusiyanın bu prosesdə oynadığı müsbət rola görə Putinə təşəkkür edib.

Hər iki lider razılığın İranın nüvə bombası əldə etmək yollarını bağladığını və bunun tarixi anlaşma olduğunu dilə gətiriblər.

Obama ilə Putin bununla yanaşı, Yaxın Şərqdəki vəziyyəti, xüsusilə Suriyanı da müzakirə ediblər.


Məlumatı Kremlin mətbuat xidməti də təsdiqləyib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm