Canlı yayımda hərbi helikopter belə vuruldu – VİDEO
Bizi izləyin

Dünya

Canlı yayımda hərbi helikopter belə vuruldu – VİDEO

İraq ordusu və şiə milislərinin İŞİD-ə qarşı əməliyyat keçirdiyi Anbar vilayətində canlı yayın zamanı bomba partlayıb.

Publika.az xəbər verir ki, İŞİD Anbar vilayətinə bağlı Nuceyb qəsəbəsinə bomba yüklənmiş avtomobillə hücum edib. Kamikadzenin avtomobili partlatması nəticəsində 3 polis ölüb.

Anbarın mərkəzi şəhəri olan Ramadinin şərqindəki Hasibə bölgəsində İŞİD-lə döyüşdə əfqan əsilli 4 snayper həyatını itirib.

Bununla yanaşı, Diyala bölgəsinin Bakuba şəhərinin el-Halis qəsəbəsində bomba yüklənmiş avtomobilin partlaması nəticəsində 4 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hazırda İraq ordusunun İŞİD-ə qarşı hücumları davam edir. Hərbi əməliyyatların canlı yayımı zamanı hərbi helikopterin vurulması anbaan kameralara düşüb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm