Krımda rus əsgərlərinin sayı durmadan artır: İki istiqamətdən hücum gözlənilir
Bizi izləyin

Dünya

Krımda rus əsgərlərinin sayı durmadan artır: İki istiqamətdən hücum gözlənilir

Ukraynaya şərq istiqamətindən hücum etmək üçün Krımda Rusiya qoşunlarının sayı hər saat artır.

Ukraynaya şərq istiqamətindən hücum etmək üçün Krımda Rusiya qoşunlarının sayı hər saat artır.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəisinin keçmiş birinci müavini İqor Kabanenko bildirib. “Qüvvələr hər saat artır. Hazırda 30 minə yaxındır. Odessa və Xerson istiqamətində zərbə qrupu yaradılması üçün ən azı 35 minlik ordu lazımdır”, - deyə hərbçi bildirib.

“Şərq istiqaməti - Luqansk, Donetsk… qruplaşmaları artıq yaradılıb, onlar var”, - deyə Kabanenko bildirib. Onun sözlərinə görə, Ukrayna Rusiyanın təcavüzü ilə bağlı fəal cavab addımları atmalıdır ki, Krımda Rusiya qoşunlarının sayının artmasını dayandırsın.

“Krım məsələsi hazırda strateji məsələdir”, - deyə Kabanenko bildirib. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm