İsrail Əsədin ən yaxın generalını öldürüb
Bizi izləyin

Dünya

İsrail Əsədin ən yaxın generalını öldürüb

İsrailin suriyalı generala 2008-ci ildə xüsusi əməliyyatla sui-qəsd təşkil etdiyi ortaya çıxıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, suriyalı general Məhəmməd Süleymana edilən sui-qəsd barədə məlumat ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) keçmiş əməkdaşı Edvard Snouden tərəfindən sızdırılan sənədlərdə verilir.

Məlumata görə, suriyalı general Tartus şəhərində İsrail dəniz komandoları “Shayetet 13”ün üzvləri tərəfindən başından vurularaq öldürülüb. Generalın dəniz kənarındakı evində öldürüldüyü bildirilir.

Məhəmməd Süleymanın Suriya dövlət başçısı Bəşər Əsədin yaxın ətrafındakı generallardan biri olduğu deyilir.

2008-ci ildə “Hizbullah” təşkilatın ən əhəmiyyətli liderlərindən olan İmad Muğniyə də Dəməşqdə təşkil edilən sui-qəsd nəticəsində həyatını itirmişdi. Dəməşq və “Hizbullah” sui-qəsddə görə İsraili ittiham etmişdi.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm